"AXA Mbask"ın şagirdlər üçün keçirdiyi təlim proqramı yekunlaşıb

"AXA Mbask"ın şagirdlər üçün keçirdiyi təlim proqramı yekunlaşıb
# 10 iyun 2016 07:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Təhsil Nazirliyi və www.community.az saytının dəstəyi, "AXA Mbask" sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Şəki, Quba, Lənkəran və Gəncə şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihə yekunlaşıb.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular üzrə təlimlər keçirilib.

Təlimlərdə iştirak edənlərin sayı 2 000 nəfərdən çox olub. İştirakçılar arasında Şəki şəhəri 5, 8, 10, 11 və 14 saylı orta məktəb, Quba şəhəri 1, 2, 3, 5, 6, 8, 14 saylı orta məktəb və Texniki Təmayüllü lisey, Lənkəran şəhəri 1, 4, 7 və 10 saylı orta məktəb və Gəncə şəhəri 1, 2, 4, 5, 6, 9, 10, 11, 12, 13, 14, 16, 22, 23, 25, 28, 31, 36 və 38 saylı orta məktəblərin valideyn, şagird və müəllimləri daxildir.

Təlimlər www.community.az - məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqları tərəfindən keçirilib.

Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliyinin artırılmasından ibarətdir.

“AXA Mbask” sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşünə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR