Türkiyə XİN rəhbəri Rusiya ilə münasibətlərin normallaşacağına ümid edir

Türkiyə XİN rəhbəri Rusiya ilə münasibətlərin normallaşacağına ümid edir
# 27 noyabr 2015 01:52 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərinin normallaşacağına ümidvar olduğunu bildirib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Şimali Kipr Respublikasına səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

“Kədərli hadisədən sonra Rusiya - Türkiyə münasibətləri yenidən öz məcrasına qayıdacaq. Diplomatiya qalib gəlib. Oktyabrın 3-də və 4-də baş vermiş ciddi aviasiya insidentlərindən sonra biz diplomatiya yolunu seçdik, indidə bu yolu davam etdiririk. Rusiyalı həmkarım Sergey Lavrovla telefon danışığı zamanı biz prinsipial razılığa gəldik. ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Belqradda keçiriləcək konfransı zamanı bizim görüşmək imkanımız olacaq. Həmçinin, prezidentlərin də görüşmək imkanı olacaq. Əsası, sağlam düşüncənin zəfər çalmasıdır. Biz fikir ayrılığının dərinləşməsinə imkan verməməliyik”, deyə Çavuşoğlu qeyd edib.

O əlavə edib ki, Rusiya Türkiyə üçün sadəcə qonşu deyil, iki ölkə arasında xüsusi siyasi və iqtisadi əlaqələr var. Çavuşoğlu xatırladıb ki, Türkiyənin Krım məsələsinə dair mövqeyinə baxmayaraq, ölkə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləməyib.

Nazir qeyd edib ki, rəsmi Ankara baş vermiş insidentin Rusiya-Türkiyə münasibətlərinin korlanmasına səbəb olmasını istəmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR