Fotoqrafları Birliyi “Heyvanlara sevgi və şəfqət” foto müsabiqəsi elan edib

Fotoqrafları Birliyi “Heyvanlara sevgi və şəfqət” foto müsabiqəsi elan edib
# 03 fevral 2016 09:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Fotoqrafları Birliyi “Heyvanlara sevgi və şəfqət” adlı foto müsabiqəsi elan edib. Birlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə makro, portret, küçə fotoqrafiyası kimi janrlarda olan fotolar təqdim oluna bilər.

Fotolar [email protected] ünvanına qəbul olunacaq.

Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. İşlər fevralın 27-dək təqdim olunmalıdır.

Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Müsabiqəyə fevral ayında çəkilmiş işlər qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR