Millimiz Avropa Liqasının qrup mərhələsinin II dövrəsinin oyunlarına Fransada çıxacaq

Millimiz Avropa Liqasının qrup mərhələsinin II dövrəsinin oyunlarına Fransada çıxacaq
# 09 iyun 2016 12:55 (UTC +04:00)

Bakı – APA. Sabah qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan Azərbaycan yığması son 3 matçına Fransada çıxacaq.

Renn şəhərində baş tutacaq oyunlarda voleybolçularımızı ciddi sınağın gözlədiyini demək olar. Çünki ilk dövrədə zəif təsir bağışlayan ev sahibləri doğma divarlar arasında bunun əvəzini çıxmağa çalışacaqlar. Həmçinin, artıq rəqiblər millimizin oyununu öyrəndiyindən ciddi müqavimət göstərəcəyi gözləniləndi.

Lakin Faiq Qarayevin yetirmələrinə mərhələ adlamaq üçün IV turda 3 xal da kifayət edəcək. Çünki voleybolçularımız ən yaxın izləyiciləri Monteneqro ilə üz-üzə gələcək və 2 set uduzmayacağı halda, onlarla xal fərqini 7-yə çatdıracaq. Bu səbəbdən də son 2 turun nəticəsindən asılı olmayaraq, komandamız əlçatmaz olacaq. İspaniya və Fransa ilə görüşlərdə isə gənc voleybolçulara şans verib, təcrübələrini artırmaq üçün gözəl şans yaranacaq.

Qeyd edək ki, yığmamız yarımfinala çıxacağı halda, tarixində ilk yaşanacaq. Çünki 2014-cü ildə Avropa Liqasında debüt edən komandamız həmin vaxt qrupda ikinci yeri tutsa da, yarımfinal oyunları keçirilmədiyindən mübarizəni dayandırmışdı.

II dövrə, Fransa

10 iyun

17:00. Monteneqro – Azərbaycan

Hakimlər: Benedikt Qeukes (Almaniya), Raquel Portela (Portuqaliya)

11 iyun

18:00. Azərbaycan – İspaniya

Hakimlər: Paul Herbots (Belçika), Benedikt Qeukes (Almaniya)

12 iyun

21:00. Azərbaycan – Fransa

Hakimlər: Benedikt Qeukes (Almaniya), Paul Herbots (Belçika)

1

Azərbaycan

3

3

0

9-1

249-196

9

2

Monteneqro

3

2

1

6-5

247-224

5

3

İspaniya

3

1

2

4-8

224-281

2

4

Fransa

3

0

3

4-9

259-278

2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR