Bakıda “Türkiyə filmləri həftəsi” keçiriləcək

Bakıda “Türkiyə filmləri həftəsi” keçiriləcək
# 07 dekabr 2015 10:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan paytaxtında “Türkiyə filmləri həftəsi” keçiriləcək.

APA-nın məlumatına görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək layihə dekabrın 7-dən 12-dək davam edəcək.

Layihə çərçivəsində 9 tammetrajlı bədii film və bir sənədli film nümayiş olunacaq, yaradıcı heyət kinosevərlərin qarşısında çıxış edəcək.

“Türkiyə filmləri həftəsi”ndə “Uzun hekayə”, “Bir zamanlar Anadoluda”, “The İmam”, “Lal gecə” və başqa ekran əsərləri təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR