Sankt-Peterburqda “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda dəyirmi masa keçirilib

Sankt-Peterburqda “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda dəyirmi masa keçirilib
# 21 sentyabr 2016 16:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Sankt-Peterburq şəhərində “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə baş konsul Sultan Qasımov, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev və Sankt-Peterburqdakı ali məktəblərdə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.

Baş konsul Sultan Qasımov çıxışında Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının referendumda iştirakının vacibliyini bildirib. O, Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda səs verməyin mümkün olduğunu diqqətə çatdırıb.

AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilat rəhbəri Leyla Əliyeva adından tədbir iştirakçılarını salamlayaraq Sankt-Peterburq regional bölməsinin fəallarına uğurlar arzulayıb.

Deputat Rüfət Quliyev isə çıxışında Azərbaycanın iqtisadi inkişafından və uğurlu islahatlarından danışıb. O, dəyirmi masa iştirakçılarını Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər layihəsi ilə tanış edib.

Tədbirdə ali məktəb tələbələrinin “Azərbaycanda Konstitusiya islahatları” adlı məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR