27 il məhkumluq həyatı yaşayan şəxsə hökm oxunub

27 il məhkumluq həyatı yaşayan şəxsə hökm oxunub
# 04 noyabr 2016 09:45 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nəsrullah Zaqidulinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən N. Zaqidulin 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini, dəfələrlə məhkum olunmuş və 27 il həbsdə olmuş Nəsrullah Zaqidulin münaqişə zəminində 1982-ci il təvəllüdlü İqor Smolenkonu döyüb. Xəstəxanaya yerləşdirilən İ. Smolenko orada ölüb.

Hadisəni törədən N. Zaqidulin tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR