Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib

Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib
# 28 yanvar 2018 12:41 (UTC +04:00)

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində strateji Burseya dağını PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, gecə saatlarında başlayan əməliyyat az əvvəl başa çatıb.

Burseya dağı Afrin şəhərinin şimal-qərbində yerləşir. Beton qüllələr və sığınacaqların yaradıldığı bu dağdan PYD/YPG Türkiyənin sərhəd şəhərlərini və Suriyada müxalif Azad Suriya Ordusunun nəzarətində olan Azez şəhərini atəşə tutub. Bu yüksəkliyin alınması həm də Afrin şəhərinin mühasirəyə alınması istiqamətində ilk addım sayılır.

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR