Goranboy sakini kimyəvi məhluldan zəhərlənib

Goranboy sakini kimyəvi məhluldan zəhərlənib
# 23 yanvar 2017 19:47 (UTC +04:00)

Goranboyda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun məcburi köçkünlərin məskunlaşdığı Veyisli qəsəbəsində yaşayan, Kəlbəcər rayon sakini 1988-ci il təvəllüdlü Çinarə Mehdiyeva ağır zəhərlənmə əlaməti ilə Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Onda dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır orta ağır olduğu bildirilir. Məlumata görə, Ç. Mehdiyeva təmizləyici vasitə olan xlordan zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR