Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb
# 04 avqust 2017 11:59 (UTC +04:00)

Bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsindən 4 nəfər telefon və elektron əşyalar keçirməsi səbəbindən çıxarılıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfərin bu səbəbdən imtahandan çıxarıldığını deyən R.Məmmədov qeyd edib ki, müəllimliyə imtahan verən bəzi şəxlərin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: “Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR