Uruqvayda marixuananın tibbi məqsədlərlə satışına icazə verilib

Uruqvayda marixuananın tibbi məqsədlərlə satışına icazə verilib
# 20 oktyabr 2017 05:27 (UTC +04:00)

Uruqvay hökuməti marixuananın tibbi məqsədlərlə satışına rəsmi olaraq icazə verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Uruqvay Səhiyyə Nazirliyinin dərc etdiyi əmrdə bildirilir.

Sənədə əsasən, marixuananın satışı ölkə apteklərində həkim resepti əsasında həyata keçiriləcək. Narkotik vasitənin epilepsiya, skleroz və digər xəstəliklərin müalicəsi, habelə ağrıkəsici preparat kimi istifadə edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR