Ermənistanın hakim partiyası Belarusun KTMT-dən çıxarılmasını tələb edir

Ermənistanın hakim partiyası Belarusun KTMT-dən çıxarılmasını tələb edir
# 08 fevral 2017 10:30 (UTC +04:00)

“Ermənistan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün dayandırılması ilə bağlı məsələ qaldırmalıdır”.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistan hakimiyyətdəki Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.


“İlk dəfə deyil ki, Belarus Azərbaycanın xeyrinə qərəzli mövqe nümayiş etdirir. Aleksandr Lapşının ekstradisiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiqlik münasibətlərinə ziddir. Biz bu təşkilatda Belarusun üzvlüyünün dayandırılmasına dair məsələ qaldırmalıyıq”, - deyə parlament çoxluğunun lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR