Şirvanda “Lada” SOСAR şirkətinə məxsus avtobusa çırpılıb, xəsarət alan var

Şirvanda “Lada” SOСAR şirkətinə məxsus avtobusa çırpılıb, xəsarət alan var
# 12 yanvar 2017 18:35 (UTC +04:00)

Şirvanda baş verən avtoqəzada sürücü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1983-cü il təvəllüdlü Əmirov Xəyal Qabil oğlunun idarə etdiyi “Lada” markalı 50 CG 477 dövlət nömrə nişanlı avtomobil yolda dayanan H 028 519 dövlət nömrə nişanlı SOСAR şirkətinə məxsus avtobusa arxadan çırpılıb. Nəticədə sürücü yüngül bədən xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR