Azərbaycanlı diaspor fəalı Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının iclasında iştirak edib

Azərbaycanlı diaspor fəalı Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının iclasında iştirak edib
# 29 yanvar 2018 23:22 (UTC +04:00)

Azərbaycanlı diaspor fəalı Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının iclasında iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xalqlar Assambleyası sədrinin müavini, RF Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının Miqrasiya məsələləri və xarici vətəndaşların sosial-mədəni adaptasiyası üzrə komissiyasının üzvü Araz Mürsəliyevin iştirak etdiyi iclasda dövlət milli siyasətinin informasiya müşayiəti, təhsil və tarixi maarifləndirmə məsələləri, habelə miqrasiya məsələləri müzakirə olunub.

Miqrasiya məsələləri üzrə aparıcı ekspertlərin də iştirak etdiyi iclasın gündəliyində duran əsas məsələ “Keçmiş SSRİ respublikalarından olan miqrantlarda Rusiyanın nəcib obrazının formalaşdırılması məsələlərində RF Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının komissiyalarının qarşılıqlı fəaliyyəti” olub.

İclasda Rusiyada miqrasiya qanunvericiliyindən tutmuş miqrant uşaqlarının təhsilinə qədər üzə çıxarılan problemlərin müzakirə olunması üçün bir sıra işçi qrupları yaratmaq barədə qərar qəbul edilib. Dövlət milli siyasətinin aktual məsələlərinin həllində Şura komissiyalarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi və ekspertlərin işinin əlaqələndirilməsi barədə iclasda qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR