Azərbaycan-İran sərhədində zəlzələ baş verib

Azərbaycan-İran sərhədində zəlzələ baş verib
# 11 yanvar 2018 04:39 (UTC +04:00)

Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir

Bakı vaxtı ilə saat 07:13-də qeydə alınan yeraltı təkanların episentri Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR