Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
# 25 noyabr 2017 10:40 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də saat 04 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilon idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.


Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR