Zaqatalada 51 yaşlı qadını ilan sancıb

Zaqatalada 51 yaşlı qadını ilan sancıb
# 06 iyul 2018 11:35 (UTC +04:00)

Zaqatalada moruq yığan qadını ilan sancıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Mamrux kənd sakini, 1967-ci il təvəllüdlü Məryəm Musa qızı Davudova səhər saat 7 radələrində yaşadığı kəndin inzibati ərazisində dağlıq meşəlik ərazidə moruq yığan zaman ilan qəfildən onun sağ əlinin barmağından sancıb. Məryəm Davudova yaxınlarının köməkliyi ilə Zaqatala Mərkəzi Rayon Xəstəxansına (MRX) çatdırılıb.


MRX-dan bildirlib ki, Məryəm Davudovaya lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Onun müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR