"Rosoboroneksport": Türkiyəyə S-400 kompleksinin satışına dair müqavilə hələ qüvvəyə minməyib

"Rosoboroneksport": Türkiyəyə S-400 kompleksinin satışına dair müqavilə hələ qüvvəyə minməyib
# 22 avqust 2017 16:40 (UTC +04:00)

"S-400 zenit-raket kompleksinin Türkiyəyə satılması ilə bağlı müqavilə hazırdır, lakin hələ qüvvəyə minməyib".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixiyev deyib. O bildirib ki, sənəd imzalansa da, bu istiqamətdə iş davam etdirilir və yalnız texniki məsələlər qalıb.

Qeyd edək ki, Rusiyaya məxsus uzaq və yaxın mənzilli S-400 zenit-raket kompleksi müasir və perspektivli bütün hava-kosmos hücum vasitələrinin məhvi üçün nəzərdə tutulub. Onun ixrac variantı “Triumf” adlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR