Azərbaycanda yeni açılmış daimi iş yerlərinin 0,3%-i informasiya və rabitə sahəsinin payına düşür

Azərbaycanda yeni açılmış daimi iş yerlərinin 0,3%-i informasiya və rabitə sahəsinin payına düşür
# 14 avqust 2015 07:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Ölkə üzrə müəssisələrdə açılmış daimi iş yerlərinin 0,3%-i informasiya və rabitə sahəsinin, 0,9%-i peşə, elmi və texniki fəaliyyətin payına düşür.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Yeni iş yerləri” haqda statistik nəşrində yer alıb.

Komitədən qeyd edilib ki, yeni yaranan iş yerlərinin 4,5%-i tikinti, 1,4%-i emal sənayesi, 2,2%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,3%-i nəqliyyat və anbar təsərrüfatı, 1,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,1%-i təhsil, 0,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR