İmişli sakini kanalda batıb

İmişli sakini kanalda batıb
# 13 avqust 2015 14:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İmişli rayonunda bir nəfər kanalda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İmişli rayonu Mürsəlli kəndində su kanalında batdığı ehtimal olunan 1 nəfərin axtarışına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR