Lavrov: “Bizim Azərbaycana dair heç bir şəkk-şübhəmiz yoxdur”

Lavrov: “Bizim Azərbaycana dair heç bir şəkk-şübhəmiz yoxdur”
# 02 dekabr 2017 19:27 (UTC +04:00)

Rusiya Belarusun “Şərq Tərəfdaşlığı” formatının Rusiya məsələsində siyasiləşdirilməməsinə və Aİ ilə normal münasibətlərin inkişaf etdirilməsinə dair qəti mövqeyini yüksək qiymətləndirir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Belarusun STV telekanalına müsahibəsində deyib.

“Biz Belarusun və “Şərq Tərəfdaşlığı”n bir neçə digər iştirakçısının bu cəhdlərə qarşı qəti mövqeyini yüksək qiymətləndirdik”, - deyə S.Lavrov qeyd edib.

Lavrov deyib ki, Qərbi Avropa ölkələri ilə normal münasibətlər qurmaqda maraqlı olan Belarus “Şərq Tərəfdaşlığı” sammitinin siyasiləşdirilməsinə yol verməyib: “Fikrimcə, bizdə bu məsələdə fikir ayrılığı yoxdur. Bizim Belarus, Ermənistan və Azərbaycana dair heç bir şəkk-şübhəmiz yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR