Tərtərdə piyadanı vuran avtomobilin sürücüsünün adı məlum olub - YENİLƏNİB

Tərtərdə piyadanı vuran avtomobilin sürücüsünün adı məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 12 aprel 2017 09:58 (UTC +04:00)

Tərtərdə piyadanı vuran avtomobilin sürücüsünün adı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 11-də saat 19.00 radələrində Tərtər rayonunun Köçəsgər kəndində Ağdam rayon sakini Elnur Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən kənd sakini Nicat Yunusovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

*** 11.04.2017 19.52

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Köçəsgər kənd sakini, 2002-ci il təvəllüdlü Yunusov Nicat Səməd oğlu yolu keçərkən VAZ 2107 markalı avtomobil tərəfindən vurulub.

Xəsarət alan N. Yunusov xəstəxanaya çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır, sürücünün kimliyi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR