Saatlıda fermerə məxsus 82 ton ot yanıb

Saatlıda fermerə məxsus 82 ton ot yanıb
# 13 iyul 2017 12:19 (UTC +04:00)

Saatlıda 82 ton ot yanıb.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Əhmədbəyli kəndində Süleymanov Şahin Salman oğluna məxsus təsərrüfatda qeydə alınıb. 10 saat davam edən yanğın nəticəsində ümumi sahəsi 323 m2 olan ayrı-ayrı talvarın yanar konstruksiyaları 291 m2 sahədə, 201 ton ot bağlamasının 82 tonu yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR