Bakıda iki nəfər avtomobillə vurulub

Bakıda iki nəfər avtomobillə vurulub
# 28 mart 2018 11:23 (UTC +04:00)

Bakıda iki nəfəri maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 27-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Göyçay rayon sakini Kamran Baxışov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Piyadanın vurulması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR