Şəkidə 25 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Şəkidə 25 yaşlı qadın sirkə turşusundan zəhərlənib
# 08 iyul 2018 17:22 (UTC +04:00)

Bu gün səhər saat 10 radələrində Şəkinin Böyük Dəhnə kənd sakini 1993-cü il təvəllüdlü Validə Nəsib qızı Yusifova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Xəstəxanadan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müayinə zamanı 25 yaşlı V. Yusifovanın hələki bilinməyən səbəbdən sirkə turşusu qəbul etdiyi məlum olub.

V. Yusifovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR