Portuqaliyada Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb

Portuqaliyada Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb
# 19 dekabr 2016 14:19 (UTC +04:00)

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı vaxtdan bəri yerli və xarici universitetlərdə Azərbaycan multikulturalizminin tədrisi layihəsini həyata keçirir.

APA-nın məlumatına görə, bu fənnin universitetlərdə aktuallığının və uğurlu layihə kimi davamlılığının təmin edilməsi, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda BBMM-in müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.

Portuqaliyanın Lusofona Universitetində Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqini “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu aparıb. Monitorinq zamanı Hikmət Babaoğlu Lusofona Universitetində Azərbaycan multikulturalizmi fənninin dinləyicilərinə ölkəmizdəki multikultural mühit, tolerant durum mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini tədris edən professor Gülnarə Hüseynzadə və fənnin dinləyicisi olan tələbələr iştirak ediblər. Mühazirənin sonunda tələbələrin Azərbaycan multikulturalizmi modelinə, mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif sualları cavablandırılıb.

Monitorinq zamanı Hikmət Babaoğlu Universitet rəhbərliyi ilə də görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlığın çox yüksək qiymətləndirildiyi və gələcəkdə də bu əməkdaşlığın davamlı olması arzusu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR