Salyanda toyda kütləvi dava baş verib, xəsarət alanlar var

Salyanda  toyda kütləvi dava baş verib, xəsarət alanlar var
# 17 sentyabr 2017 20:54 (UTC +04:00)

Salyanda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində toyda kütləvi dava baş verib.

Bəyin qardaşları - 24 yaşlı İmanov Asif Ziyad oğlu, 32 yaşlı İmanov Rəşad Ziyad oğlu və əmisi 47 yaşlı İmanov Akif Zaman oğlu qız evinin adamları tərəfindən döyülüb. Xəsarət alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. A. İmanov ambulator müalicəyə buraxılıb, bəyin qardaşları isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırılma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR