“Azəristiliktəchizat” ötən il aktivlərini azaldıb

 “Azəristiliktəchizat” ötən il aktivlərini azaldıb
# 06 iyul 2018 07:13 (UTC +04:00)

“Azəristiliktəchizat” ASC ötən ilin maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azəristiliktəchizat”ın aktivlərinin həcmi ötən il 182 mln. 287,509 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 4,67 dəfə azdır.

“Azəristiliktəchizat”ın cəmi uzunmüddətli aktivləri ötən illə müqayisədə 3,88% azalaraq 157 mln. 190,463 min manat təşkil edib. Cəmi qısamüddətli aktivləri isə 9,34% azalaraq 25 mln. 097,046 min manat təşkil edib.

“Azəristiliktəchizat”ın hesabat dövründə cəmi öhdəlikləri 12,27%artaraq 98 mln. 578,369 min. manat olub. Cəmi uzunmüddətli öhdəlikləri 10 mln. 936,962 min manat, Cəmi qısamüddətli öhdəlikləri 87 mln. 641,406 min manat təşkil edib.

Hesabat dövründə şirkətin cəmi kapitalı 19,05% azalaraq 83 mln. 709,140 min manata çatıb. Nizamnamə kapitalı 136 mln. 684,980 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR