Hərbi prokuror: “Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”

Hərbi prokuror: “Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”
# 22 fevral 2017 10:03 (UTC +04:00)

“Ermənilərin Dağlıq Qarabağda “referendum” keçirməsi qanunsuzdur”.

APA-nın xəbərinə görə, bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev fevralın 20-də Dağlıq Qarabağda keçirilmiş “referendum”a münasibət bildirərkən deyib.

X. Vəliyev qeyd edib ki, BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: “Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını heç kim inkar edə bilməz. Dağlıq Qarabağı nəinki dünya dövlətləri, heç Ermənistanın özü belə tanımayıb. Dağlıq Qarabağda Azərbaycan qanunvericiliyinə zidd olaraq, seçki, referendum keçirilməsi qanunsuzdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR