Şamaxı və Göygöldə avtomobil yanıb

Şamaxı və Göygöldə avtomobil yanıb
# 28 iyul 2017 21:23 (UTC +04:00)

Şamaxı və Göygöldə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Sabir qəsəbəsində vətəndaşa məxsus evin həyətyanı sahəsində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Göygöl şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR