Mirzə Əliyev: "Gələn ildən fəaliyyətə başlayacaq idarəedici şirkət aqrar sığorta predmetinə uyğun məhsullar hazırlayacaq"

Mirzə Əliyev: "Gələn ildən fəaliyyətə başlayacaq idarəedici şirkət aqrar sığorta predmetinə uyğun məhsullar hazırlayacaq"
# 26 dekabr 2019 12:43 (UTC +04:00)

"Gələn ildən etibarən müstəqil özəl sığorta şirkətləri tərəfindən formalaşdırılacaq idarəedici şirkət fəaliyyətə başlayacaq ki, bu şirkət aqrar sığorta predmetinə uyğun olaraq məhsullar hazırlayacaq".

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, Aqrar Sığorta Fondu həmin məhsulları təsdiqləyəcək və bundan sonra məhsullar idarəedici şirkət tərəfindən satışa çıxarılacaq.

"Aqrar sığorta ilə bağlı fermerlər üçün bir sıra yeniliklər var. Birinci məqam ondan ibarətdir ki, artıq fermerlər üçün sığorta haqlarının 50%-i dövlət tərəfindən ödəniləcək. Eyni zamanda sığorta risklərinin dövlət tərəfindən öz üzərinə götürülməsi şərait yaradacaq ki, bu sahədə sığorta şirkətləri daha aktiv çalışsınlar və fermerlərə əlçatan və müvafiq qiymətə olan sığorta məhsulları hazırlansın", - deyə M. Əliyəv qeyd edib.

O həmçinin əlavə edib ki, sığorta hadisəsi baş verdikdə, bu özəl şirkət tərəfindən deyil, Dövlət İmtahan Mərkəzində müvafiq imtahanları verən və sığorta eksperti kimi qeydiyyatdan keçən müstəqil qiymətləndirici tərəfindən həyata keçiriləcək.

"Bunun üçün həm elektron sistem, həm də müvafiq qaydalar var ki, onlar çərçivəsində qiymətləndirmə aparılacaq. Bu, fermerlərə ədalətli və qabaqcadan ehtimal edə biləcəkləri şərtlər daxilində sığorta ödənişlərini əldə etmələrinə şərait yaradacaq", - deyə M. Əliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR