Mənimsəmədə təqsirləndirilən şirkət əməkdaşları məhkəmə zalından azadlığa buraxılıblar

Mənimsəmədə təqsirləndirilən şirkət əməkdaşları məhkəmə zalından azadlığa buraxılıblar
# 04 iyun 2018 09:54 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Gündüz Maşayev və Şəadət Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, hər iki şəxs "Şurabad" MMC-nin rəhbərliyində çalışıb. Onlar şirkətə məxsus 54 min manatlıq əmlakı mənimsəmədə ittiham ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR