Avto-nəqliyyat vasitələrinin qeydiyyatı üçün dövlət rüsumu 17 manatdan 25 manata qaldırılır

Avto-nəqliyyat vasitələrinin qeydiyyatı üçün dövlət rüsumu 17 manatdan 25 manata qaldırılır
# 06 iyun 2018 09:11 (UTC +04:00)

Azərbaycanda avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu artırılır.

APA-Economics” xəbər verir ki, bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksində tapıb.

Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatadək artırılır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 17 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR