Bakıda kafelərdən birində bıçaqlanma olub

Bakıda kafelərdən birində bıçaqlanma olub
# 07 iyul 2017 02:34 (UTC +04:00)

Bakıda orta yaşlı kişi boğaz nahiyəsindən bıçaqlanıb.

APA -nın xəbərinə görə, qanlı hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş verib.

Adıçəkilən ərazidə yerləşən kafelərdən birində təxminən 43-44 yaşlarında Əmir adlı şəxs əvvəlcə dostları ilə oturaraq yeyib-içib. Daha sonra tərəflər arasında mübahisə yaranıb və onlardan biri Əmirin boğazına mətbəx bıçağı ilə xəsarət yetirib. Çoxlu qan itirən yaralı təcili 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatlarını Yasamal RPİ-nin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR