İlk sınaq imtahanının nəticələri 3 gün ərzində elan olunacaq

İlk sınaq imtahanının nəticələri 3 gün ərzində elan olunacaq
# 02 aprel 2018 09:58 (UTC +04:00)

Aprelin 1-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR