ABŞ-da baş verən fırtına nəticəsində 2 nəfər ölüb

ABŞ-da baş verən fırtına nəticəsində 2 nəfər ölüb
# 29 may 2018 01:17 (UTC +04:00)

ABŞ-ın Şimali Karolina ştatında baş verən “Alberto” fırtınası nəticəsində 2 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Məlumata əsasən, Polk dairəsində güclü külək ağacı avtomobilin üzərinə aşırıb. Nəticədə avtomobildə olan iki nəfər həyatını itirib.

Qeyd edək ki, güclü külək və leysan yağışlar ilə müşahidə olunan “Alberto” fırtınası isə əlaqədar əvvəl ABŞ-ın Alabama, Missisipi və Florida, daha sonra isə Şimali Karolina, Tennessi və Corciya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR