"Ziraat Bank Azərbaycan" III rübü mənfəətlə başa vurub

"Ziraat Bank Azərbaycan" III rübü mənfəətlə başa vurub
# 19 oktyabr 2016 14:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Ziraat Bank Azərbaycan" ASC 2016-cı ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. "APA-Economics" xəbər verir ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə bankın aktivlərinin həcmi 58,26% artaraq 117,305 mln. manata çatıb.

Hesabat dövründə bankın kredit portfelinin həcmi 48,13% artaraq 32,456 mln. manata, depozit portfeli isə 21,32 dəfə artaraq 29,953 mln. manata yüksəlib.

Yanvar-sentyabr ərzində bankın məcmu kapitalı 15,36% artaraq 59 mln. 596,329 min manat təşkil edib, nizamnamə kapitalı isə dəyişməyərək 50 mln. manat təşkil edib.

Hesabat dövründə bankın gəlirləri 3,559 mln. manat, xərcləri isə 1,491 mln. manat təşkil edib.

Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" 9 ayı 2 mln. 22 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR