"PAŞA Həyat Sığorta" ipoteka krediti üzrə 15 hadisəyə görə 354 min manat ödəyib

"PAŞA Həyat Sığorta" ipoteka krediti üzrə 15 hadisəyə görə 354 min manat ödəyib
# 20 sentyabr 2017 08:58 (UTC +04:00)

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" şirkəti "İpoteka götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində onun banka olan 30207 manat qalıq borc məbləği "PAŞA Həyat Sığorta" tərəfindən aidiyyatı banka ödənilib. Bununla da, vəfat edən müştərinin banka olan borcu tam sıfırlanıb.

E. Hüseynquluyev bildirib ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 15 sığorta hadisəsinə görə ümumilikdə 353719 manatdan çox sığorta ödənişi verilib.

"PAŞA Həyat Sığorta" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR