Goranboyda yük maşını maneəyə çırpılıb, iki nəfər xəsarət alıb

Goranboyda yük maşını maneəyə çırpılıb, iki nəfər xəsarət alıb
# 09 iyul 2017 20:15 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda yük avtomobili maneəyə çırpılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Soğan yükü ilə dolu olan “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza nəticəsində sürücü, Gəncə sakini, 1966-cı il təvəllüdlü Əliyev Qərib Qələmdər oğlu və onun sərnişini xəsarət alaraq xəstəxanaya aparılıb. Sürücünün vəziyyətinin ağır olduğu, sərnişinin yüngül yaralandığı bildirilir. Həmçinin avtomobildə olan soğan yükü yola dağılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR