Qaradağda minik və yük maşınları toqquşub

Qaradağda minik və yük maşınları toqquşub
# 01 dekabr 2017 06:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarında dayanmış “Kamaz” markalı yük maşınına çırpılıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. Sürücü aidiyyəti üzrə təhvil verilib. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR