Narkotik satışında təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik satışında təqsirləndirilən şəxsə hökm oxunub
# 17 noyabr 2016 14:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Rəşid Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Şirinov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Ucar rayon sakini Rəşid Şirinov rayon ərazisində saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram 70 qram marixuana və 705 qram heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR