Azərbaycan Türkiyəyə qaz ixracını 1,2% azaldıb

Azərbaycan Türkiyəyə qaz ixracını 1,2% azaldıb
# 26 oktyabr 2017 11:14 (UTC +04:00)

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 4 mlrd. 273,850 mln. kubmetr qaz nəql edib.


"APA-Economics" xəbər verir ki, 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,2% azdır.


Cari ilin avqust ayında Azərbaycan qardaş ölkəyə 337,48 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 8,4% təşkil edir.


Qeyd edək ki, avqust ayında Türkiyə 4 mlrd. 15,73 mln. qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 10,71% çoxdur.


2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR