Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb

Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb
# 28 may 2018 20:16 (UTC +04:00)

Goranboyda yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Balakürd kəndində qeydə alınıb.

Rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Seyidağa Şakir oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR