Rusiya Suriyada MDB ölkələrindən olan İŞİD-çiləri bombalayıb

Rusiya Suriyada MDB ölkələrindən olan İŞİD-çiləri bombalayıb
# 05 sentyabr 2017 12:00 (UTC +04:00)

Rusiya Suriyada İŞİD-in tərkibində döyüşən MDB ölkələri vətəndaşlarının olduğu ərazini bombalayıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilə məlumata görə, sentyabrın 5-də səhər saatlarında Rusiyanın Aralıq dənizində döyüş tapşırığı yerinə yetirən Qara dəniz donanmasının "Admiral Essen" hərbi gəmisindən İŞİD terrorçu qruplaşmasının Suriyanın Deyr-Ez-Zor yaşayış məntəqəsindəki obyektlərinə "Kalibr" qanadlı raketləri ilə zərbə endirilib. Əasən İŞİD tərkibində döyüşən Rusiya və MDB ölkələrinin vətəndaşlarının olduğu rayon hədəfə götürülüb. Nəticədə terrorçuların idarəetmə məntəqəsi, silah anbarları, eləcə də terrorçuların zirehli texnikasını təmir edən zavod və çoxlu sayda terrorçu məhv edilib.


Raket zərbələrinin nəticələri kəşfiyyat aviasiyası və pilotsuz uşuş aparatları vasitəsi ilə təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR