Avstraliya 12 min suriyalı qaçqını qəbul edəcək

 Avstraliya 12 min suriyalı qaçqını qəbul edəcək
# 09 sentyabr 2015 12:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avstraliya hökuməti illik 13 min 750 qaçqının yerləşdirilməsindən əlavə, 12 min suriyalı qaçqını da qəbul etməklə bağlı qərar qəbul edib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Avstraliya baş naziri Toni Ebbot bəyan edib.

Onun sözlərinə görə, Avstraliya hökuməti, həmçinin, İordaniya, Livan və Türkiyədəki qaçqın düşərgələrində 240 min suriyalı qaçqının ehtiyaclarının qarşılanması üçün 44 milyon Avstraliya dolları məbləğində maliyyə yardımı ayıracaq.

“İŞİD dəhşətləri ləğv edilənədək Yaxın Şərqdə zülmün sonu gəlməyəcək. Bu, Avstraliyanın milli maraqları üçün çox vacibdir”, - deyə T. Ebbot bildirib.

Qeyd edək ki, hökumətin qəbul etdiyi qərarların qüvvəyə minməsi üçün parlament tərəfindən təsdiq edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR