Xaricə səfər edən vətəndaşlara sığorta ödənişləri 4 dəfə artıb

Xaricə səfər edən vətəndaşlara sığorta ödənişləri 4 dəfə artıb
# 23 may 2018 11:51 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 887,7 min manat olub.

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, mart ayındakı göstəricidən 251,7 min manat və ya 39,58% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 181,9 min manat və ya 25,77% çoxdur.

Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin mayın 1-nə bu rəqəm 292,8 min manat təşkil edib ki, bu, mart ayı ilə müqayisədə 7,9 dəfə, 1 il əvvəl ilə müqayisədə isə 4,1 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR