Bakıda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO - VİDEO
# 02 yanvar 2020 20:46 (UTC +04:00)

Bakının Nərimanov rayonunda 5 avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Nissan” markalı avtomobili arxadan gələn “Volkswagen”, ona isə ardınca “Mercedes” markalı iki avtomobil çırpılıb.

Qəza zamanı iki sərnişin xəsarət alıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR