DGK sədri Daşkəsəndə vətəndaşları qəbul edəcək

DGK sədri Daşkəsəndə vətəndaşları qəbul edəcək
# 20 noyabr 2017 08:08 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev noyabrın 24-də saat 10:30-da Daşkəsən şəhərindəki icra hakimiyyətinin keçmiş inzibati binasında (Heydər Əliyev pr. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Daşkəsən, Gəncə, Göygöl, Samux rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 23-ü saat 10:30-dək "195" Çağrı Mərkəzi, DGK (əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR