Şəmkir sakini Gəncədə bıçaqlanıb

Şəmkir sakini Gəncədə bıçaqlanıb
# 05 yanvar 2020 04:52 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən çay evlərinin birində qeydə alınıb.

Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Elfaq İkram oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 31 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR