“FinansLizinq”in səhmdarları maliyyə vəziyyətini müzakirə etmək üçün toplaşacaq

“FinansLizinq”in səhmdarları maliyyə vəziyyətini müzakirə etmək üçün toplaşacaq
# 25 noyabr 2016 07:02 (UTC +04:00)

2017-ci ilin yanvarın 14-də “FinansLizinq” ASC-nin səhmdarların illik ümumi yığıncağı keçiriləcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda “FinansLizinq” ASC-nin cari maliyyə vəziyyəti və 2016-cı ilin maliyyə nəticələrinin təsdiqi məsələlərinə baxılacaq.

İclasda cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə olunacaq.

Xatırladaq ki, "Finanslizinq" 2007-ci ilin may ayından fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 1 000 adi və 200 imtiyazlı səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Şıxəlizadəyə, 13,1%-i Murğuz Tağıyevaya, 12%-i Ramiz İbrahimova, 12,7%-i Azad Cavadova, 10%-i Mobil Şərifova məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR